0
Thursday 9 August 2018 - 19:44

Qəzzanın müqavimət qüvvələrindən İsrail rejimə cavab sərtləşir

Story Code : 743597
Qəzzanın müqavimət qüvvələrindən İsrail rejimə cavab sərtləşir
Qəzzanın müqavimət qüvvələrindən İsrail rejimə cavab sərtləşir

Deyerler.org palinfo-ya istinadən xəbər verir ki, Sionist İsrail rejiminin döyüş təyyarələri avqustun 9-u səhər təşkil etdiyi hücumların Deir Bəlahın qərbində, Ən-Nuseyratın şimalında, Qəzzanın şimalında, Xan Yunusun qərbində və şərqində, Əş-Şucaiyyənin şərqində və Qəzzanın qərbində bir çox ərazini hədəfə aldığı bildirilib.
 
Sionist ordusunun yenidən başlayan hücumlarına cavab tədbirləri kimi Fələstin müqavimət qüvvələrinin də Qəzza yaxınlığındakı sionist məskunlaşma yerlərinə raket atdığı qeyd olunub.
 
İsrail rejiminin PUA-larının Qəzzanın müqavimət qüvvələrinin Beytlahiya şəhərindəki müşahidə qülləsini bombalamasından sonra, müqavimət cəbhəsi də İsrail rejiminin Sderot qəsəbəsini 3 ədəd Qrad raketilə vurub və nəticədə 10 sionist yaralanıb.
 
Qəzza xalqına bomba yağdıran sionist rejimin vəhşicəsinə hücumuna qarşı müqavimət qüvvələri də İsrail rejiminin Sderot, Askalan, Ufikim, Zəkim, Morde Hay, Neniğif, Neztreim və Eşkul qəsəbələri ilə Kərəm Əbu Salim, Erez və Kisufum hərbi bazalarını çoxlu raket zərbələri ilə vurmağa davam edir.
 
Bu qəsəbələr və hərbi bazalar indiyə qədər 50 Qrad raketi və 25 minaatan və haubitsa mərmisi ilə vurulub. Ümumilikdə atılan raketlərin sayı 105-ə, habutisa mərmilərinin sayı da 40-a yüksəlib.
 
Qəzza partizanlarının İsrail rejiminin 15 qəsəbəsini raketlərlə vurması nəticəsində ən azı 19 sionistin yaralandığı bildirilib.
 
Kisufum hərbi bazasının 10 minaatan və haubitsa mərmisi ilə vurulması nəticəsində biri ağır olmaqla İsrail rejiminin 4 əsgəri yaralanıb.
 
Sionist İsrail rejiminin döyüş təyyarələrinin Qəssam mücahidlərinin içində olduğu Cipi vurması nəticəsində HƏMAS-ın komandirlərindən Şəhid Əbu Ənəs Əl-Ğandurun oğlu Əli Hay Əl-Handurla birlikdə 2 mücahid şəhid olub, 7 mülki vətəndaş və mücahid də yaralanıb.
 
Qəzza partizanları İsrail rejimiin Şair Heniğif qəsəbəsindəki mühüm sənaye kompleksini Qrad raketləri ilə vurub.
 
Qəzzadan Sderot qəsəbəsinə atılan raketlərdən bir neçəsinin evlərə dəyməsi nəticəsində 4 ev yanaraq yarasız vəziyyətə düşüb.
 
Qəzza müqavimət qüvvələrinin İsrail rejiminin Negab, Eşkul və Askalan qəsəbələrini 25 ədəd Qrad raketilə vurması nəticəsində qəsəbələrdə şiddətli partlayışların eşidildiyi bildirilib.
 
Sionist İsrail rejiminin döyüş təyyarələrinin Deyrul Beleh mahalındakı bir evi vəhşicəsinə bombalaması nəticəsində 23 yaşlarında bir qadın ilə yaş yarımlıq körpə şəhid olub, ata ilə digər 8 yaşlı oğlu yaralanıb.
 
HƏMAS və İslami Cihad başda olmaqla müqavimət qruplarının hərbi qanadları təcavüzə qarşı təcavüz prinsipi ilə sionist ordusunun hər bir hücumuna cavab veriləcəyini bildirib.
 
 
Source : Deyerler
Comment