Kreml ABŞ-ın yeni sanksiyalarını qanunsuz adlandırdı
Modern , 9 Aug 2018 19:57
İslamtimes - Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov ABŞ-ın Solsberidəki hadisələrə görə yeni sanksiyalarla bağlı bəyanatına şərh verib.
Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, o, yeni sanksiyaların Solsberidəki hadisələrlə əlaqələndirilməsinin qəbuledilməz bir hadisə olduğunu bildirib.
“Biz hələ də qeyri-qanuni hesab edilən yeni məhdudiyyətləri "Solsberi işi" ilə əlaqələndirilməsini tamamilə qəbuledilməz hesab edirik” – Peskov bəyan edib.
O, həmçinin Moskvanın yeni sanksiyalara necə cavab verəcəyi haqda danışmağın hələ tez olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni sanksiyalarla bağlı bəyanatı artıq Rusiyanın dövlət valyutası rublu iki il əvvəlki vəziyyətinə geri qaytarıb.
Story Code: 743603