0
Saturday 11 August 2018 - 20:46

BVF: “İran 2021-ci ildə dünyanın 15-ci böyük iqtisadiyyatı olacaq”

Story Code : 743983
BVF: “İran 2021-ci ildə dünyanın 15-ci böyük iqtisadiyyatı olacaq”
BVF: “İran 2021-ci ildə dünyanın 15-ci böyük iqtisadiyyatı olacaq”
Deyerler.org Mehrə istinadən xəbər verir ki, BVF tərəfindən dərc olunan statistik göstəricilərə əsasən, İranın 2017-ci ildə ümumi daxili məhsul (ÜDM) göstəricisi olan 1644 milyard dollar ilə dünya iqtisadiyyatında 18-ci yerdədir.
 
BVF İranın 2021-ci ildə isə Kanada, Səudiyyə rejimi və İspaniyanı geridə qoyaraq, 15-ci yerə yüksələcəyini bildirib.
 
2021-ci ildə İranın ÜDM-i 2095 milyard dollara çatacağı proqnozlaşdırılır ki, bu da İspaniya, Səudiyyə rejimi və Kanadadan irəlidə olacağını göstərir.
 
Belə ki, İspaniyanın 2017-ci ildə ÜDM-si 1773,9 milyard dollardırsa, 2021-ci ildə bu rəqəmin 2094 milyard dollara çatacağı təxmin edilir. 2021-ci ildə Səudiyyə rejiminin ÜDM-i 2078 milyard dollar, Kanadanın ÜDM-i isə 2073 milyard dollara qədər yüksələcək.
 
 
Eyni zamanda 2021-ci ildə Çinin 23159 milyard dollarlıq ÜDM ilə dünya iqtisadiyyatında birinci yerə yüksələcəyi bildirilib. Amerikanın 19390 milyard dollar ilə Çindən sonra olacağı qeyd olunub.
 
Source : Deyerler
Tagged
Iran
Comment