0
Saturday 11 August 2018 - 16:34

Rusiya XİN: “ABŞ-ın sanksiyalarına eyni şəkildə cavab verəcəyik”

Story Code : 744186
Rusiya XİN: “ABŞ-ın sanksiyalarına eyni şəkildə cavab verəcəyik”
Rusiya XİN: “ABŞ-ın sanksiyalarına eyni şəkildə cavab verəcəyik”
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Zaxarova “Moskva Vaşinqtonun yeni sanksiyalarına qarşı yeni sanksiyalar hazırlayırmı və bu sanksiyalar ABŞ-a Rusiya istehsalı olan raket mühərriklərinin satışının dayandırılmasına da şamil edilirmi?” sualına belə cavab verib: “Son günlər əks-sanksiyalar üzərində işləyirik. Təəssüf ki, münasibətləri necə daha yaxşılaşdıra biləcəyimizi və çıxılmaz vəziyyətdən çıxaracağımızı düşünmək əvəzinə, yenə eyni formada qarşılıq verməyə məcbur olmuşuq. Bunu əvvəllər də demişik”.
 
ABŞ-ın son vaxtlar Çin, İran və hətta Aİ-dəki müttəfiqinə qarşı sərt bir sanksiya siyasəti həyata keçirdiyini bildirən Zaxarova, belə davam edib: “Məsələ Rusiyada deyil, məsələ ABŞ-ın daha çox inkişaf etmək üçün qaynaqlarını itirməsindən xəbərdar olmasıdır. Bu mənbələr, böhranlardan çıxmalarını təmin edirdi. Amma artıq bunlara malik deyillər və yeniləri lazımdır. Həm siyasi, həm maddi mənada əsl bir genişlənməyə ehtiyacları var, bunu hamı görür”.
 
Source : Deyerler
Tagged
rusiya
Comment