QR CodeQR Code

Avropaya kimlər başçılıq edir?

25 May 2011 11:55

IslamTimes - Dünyanın super dövlətlərinə, o cümlədən beynəlxalq təşkilatlara başçılıq edən insanların əksəri tutduğu posta münasib olmayan qeyri-əxlaqi həyat tərzi yaşayır və mütəmadi olaraq problemlərlə üzləşir.


"IslamTimes" "Rian.ru"-ya istinadən xəbər verir ki, dünyanın super dövlətlərinə, o cümlədən beynəlxalq təşkilatlara başçılıq edən insanların qalmaqallı şəxsi həyatı bir an olsun belə manşetlərdən düşmür. Bu insanların əksəri tutduğu posta münasib olmayan qeyri-əxlaqi həyat tərzi yaşayır və mütəmadi olaraq problemlərlə üzləşir. 

Beynəlxalq Valyuta Fondunun sabiq başçısı Dominik Stross-Kanın Nyu York otellərindən birində xidmətçiyə qarşı cinsi zorakılığı "New York Post" qəzetində müzakirə edilir.


Hazırda böyük girov müqabilində ev dustağı sabiq BVF başçısının yaxın adamları tərəfindən zərərçəkmişin ailəsinə böyük məbləğdə pul təklif olunduğu bildirilir. Zərər çəkmiş xidmətçi qadının ailəsi Qvineyda yaşayır. Həmin məntəqədə insanların aylıq gəliri 45 dollardır. Stross-Kanın qohumlarından biri bildirib ki, bu ailə ilə razılıq əldə olunacağına şübhə yoxdur və Stross-Kan böyük pul müqabilində tezliklə azad olunacaq. Qadının məhkəmə iddiasını geri götürmə müqabilində ona 7 rəqəmli bir məbləğ təklif olunub. 

Xatırladaq ki, Stross-Kann 14 mayda Nyu-Yorkda həbs edilib. Ona qarşı sofitel otelinin xidmətçisi ondan şikayət edib.


Story Code: 74422

News Link :
https://www.islamtimes.org/az/news/74422/avropaya-kimlər-başçılıq-edir

Islam Times
  https://www.islamtimes.org