0
Monday 13 August 2018 - 20:06

Ərdoğan: ABŞ kürəyimizdən zərbə endirməyə çalışır!

Story Code : 744424
Ərdoğan: ABŞ kürəyimizdən zərbə endirməyə çalışır!
Ərdoğan: ABŞ kürəyimizdən zərbə endirməyə çalışır!
İslamazeri.com-un “Hürriyet”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Türkiyənin “kürəyindən zərbə” vurmaq niyyətində olmaqda ittiham edib.
“Bir tərəfdən, siz (ABŞ) strateji ittifaqdan danışırsınız... siz bizimlə birlikdə NATO-dasınız, digər tərəfdən isə, strateji həmkarınızın kürəyindən zərbə vurmağa çalışırsınız. Belə bir şeyi qəbul etmək olarmı?”, - deyə o bildirib.
Bununla belə Ərdoğan Türkiyəyə qarşı elan edilmiş iqtisadi blokadanı dövlət çevrilişə cəhdin davamı adlandırıb.
“Türkiyə iqtisadi blokada ilə üz-üzə gəlib. Məlum idi ki, Türkiyəyə qarşı (2016-cı il)  15 iyulda başlamış hücumlar bitməyəcək.”, - deyə o qeyd edib.
Daha öncə Ərdoğan xəbərdarlıq edib ki, ABŞ-ın birtərəfli siyasəti Türkiyəni yeni dostlar axtarmağa vadar edəcək.
 
Source : Islamazeri
Tagged
ərdoğan
Comment