0
Tuesday 14 August 2018 - 19:32

Əfqanıstanın Qazni şəhərində döyüşlər davam edir: Qida və su çatışmazlığı var

Story Code : 744625
Əfqanıstanın Qazni şəhərində döyüşlər davam edir: Qida və su çatışmazlığı var
Əfqanıstanın Qazni şəhərində döyüşlər davam edir: Qida və su çatışmazlığı var
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərdə kommunikasiya şəbəkələrinin kəsildiyi, ölü və yaralıların çox olması səbəbiylə xəstəxanalarda yer olmadığı bildirilir. 
 
Şəhərdəki mağaza və bazarların günlərdir bağlı olması səbəbiylə, yeyinti məhsullarının qiymətinin bahalaşdığı da qeyd edilib.
 
Şəhərin çıxış yollarının bağlı olması səbəbiylə əhalinin döyüşlərin ortasında qaldığı bildirilən açıqlamada, mülki vətəndaşların həyatının təhlükədə olduğu da vurğulanıb. 
 
Müdafiə Naziri Tarık Şah Bahrami, dünən axşam saatlarında keçirdiyi media toplantısında, Qaznidə 4 gün əvvəl hücuma keçən Taliban ilə yaşanan döyüşlərdə 100 təhlükəsizlik işçisinin dünyasını dəyişdiyini bildirib.
 
T.Ş.Bəhrami, bu rəqəmlərin dəyişə biləcəyini, davam edən döyüşlərdə ən az 20 mülki vətəndaşın və 194 Talibanlının öldürüldüyünü qeyd edib. 
 
Bu arada BMT-nin Humanitar İşlərin Koordinasiyası Agentliyi tərəfləri mülkiləri və infrastrukturu qorumağa çağırıb.
 
BMT bildirir ki, bölgədə qida və su çatışmazlığı var.
 
Qəznidən qaça bilmiş bəzi sakinlər şəhər küçələrinin meyitlərlə dolu olduğunu deyirlər.
Source : Maide
Comment