0
Tuesday 14 August 2018 - 21:58

İran: “Türkiyəyə əlimizdən gələn köməyi edəcəyik”

Story Code : 744647
İran: “Türkiyəyə əlimizdən gələn köməyi edəcəyik”
İran: “Türkiyəyə əlimizdən gələn köməyi edəcəyik”
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Bəhram Qasımi İran dövlət televiziyasına açıqlamasında belə danışıb: “Başqaları millətlərin iradəsini təhdid edərək, zorla dəyişdirə bilməzlər. İlk növbədə ölkə başçısının başqa bir ölkəyə iqtisadi təzyiq göstərib zövq almasına görə, təəssüf edirik. Bu üsul bir nəticə verməyəcək. Ağıl, məntiq və tolerantlığın dünya ölkələri arasındakı münasibətlərdə əsas tutulacağına ümid edirik”.
 
Qasımi açıqlamasının davamında isə, bunları qeyd edib: “Biz İran xalqı və dövləti olaraq, yaxşı və pis günlərdə həmişə Türkiyə milləti və dövlətinin yanında olmuşuq və bundan sonra da olmağa davam edəcəyik. Türkiyə xalqı və hökumətinin xaricdən tətbiq olunan təzyiqlərə nəzarət etməsinə və uğura nail olmasına ümid edirik. Bu cür də olacağından əminik, çünki başqaları millətlərin iradəsini təhdid edərək, zorla dəyişdirə bilməz.
 
Bu gün bu mesajı qonşu ölkəmizə verməklə demək istəyirəm ki, bilsinlər, İran onların yanındadır və heç vaxt düşünməsinlər ki, təkdirlər. Biz həmişə Türkiyənin yanında olacağıq və əlimizdən gələn hər cür köməyi edəcəyik.
 
Qonşuluq bir seçim deyil və ölkələr qonşularını seçmək şansına malik deyillər. İran və Türkiyə olaraq, qonşuluq haqlarına uyğun olaraq bir-birimizin xüsusi şərtlərini başa düşməyə məcburuq. Qonşuluq həqiqətən çox vacib məsələdir. Bu məsələyə diqqət etməsək, bölgənin sabitliyinə, təhlükəsizliyinə və sülhünə kömək edə bilmərik.
 
Fərdi və xüsusi səbəblərdən qonşularının maraqlarına zidd şeylər danışan ölkələr tamamilə səhv edirlər və bölgənin sülhü, sabitliyi və təhlükəsizliyinə kömək etmirlər.
 
İran və Türkiyə münasibətləri həmişə yaxşı səviyyədə olub və əminəm ki, bundan sonra da belə olacaq. Mövcud olduğumuz şəraitdə bir birimiz üçün çox yaxşı tərəfdaşlar olacağıq və Türkiyə ilə İranın bir birinə lazım olan formada kömək edəcəyindən əminəm”.
Source : Maide
Tagged
Iran türkiyə
Comment