0
Tuesday 14 August 2018 - 22:00

BMT İŞİD-çilərin sayını açıqladı

Story Code : 744649
BMT İŞİD-çilərin sayını açıqladı
BMT İŞİD-çilərin sayını açıqladı
Maide.Az "Qaynarinfo"a istinadən xəbər verir ki, hesabatda Əfqanıstanda İŞİD üzvü terrorçuların sayı 3500-4500 nəfər göstərilib. Liviyada isə bu rəqəm 3-4 mindir. İraqda, Suriya və İordaniya sərhədində İŞİD qruplaşmalarının olduğu vurğulanıb. Hesabatda bildirilir ki, Suriyada ən güclü terror qruplaşması "Əl Nüsrə"dir. Bu ölkədəki neft gəlirlərinin bir hissəsi isə hələ də İŞİD-ə gedir.
 
Somali, Yəmən və Cənubi Asiya ölkələrində isə "Əl Qaidə" terror təşkilatı liderlik edir. Yəməndə 250-500 İŞİD, 6-7 min "Əl Qaidə" üzvü var. Afrikanın Mali və Niger dövlətlərində İŞİD terror təşkilatı hələ də öz gücünü qoruyur. Bölgədə "Əl Qaidə"yə bağlı "Jama'at Nusrat al-Islamwal-Muslimin" qruplaşması da ağalıq edir. Somalidə "Əl Qaidə"yə bağlı "Əş Şəbab" terror təşkilatı fəaliyyət göstərir.
Source : Maide
Tagged
işid
Comment