QR CodeQR Code

Cim Kerridən Yəmən etirazı: “Bizim müttəfiqimiz, bizim raketimiz, bizim cinayətimizdir”

Deyerler , 19 Aug 2018 13:56

İslamtimes - Amerikalı məşhur aktyor Cim Kerri Yəməndəki hava hücumu nəticəsində həlak olan uşaqlar barədə Twitter-dən reaksiya verərək, ABŞ-ın bu cinayətdə əli olduğunu vurğulayıb.


PressTV xəbər verir ki, Cim Kerri üzərində ABŞ bayrağı olan raketin uşaqların içində olduğu məktəb avtobusunu vurması anının çəkilmiş şəkili ilə birlikdə, paylaşdığı mesajında bu ifadələri qeyd edib: "Yəməndə 40 məsum uşaq bir avtobusda öldürüldü. Bizim müttəfiqimizdir. Bizim raketimizdir. Bizim cinayətimizdir”.

Xatırladaq ki, Səudiyyə rejiminin rəhbərlik etdiyi işğalçı ərəb koalisiyasının bir neçə gün əvvəl Yəmənin şimalındakı Saada vilayətinin Zahyan rayonunda uşaqları daşıyan bir avtobusa qarşı təşkil etdiyi hava hücumunda, əksəriyyəti uşaq olmaqla 55 nəfər həlak olmuş, 77 nəfər də yaralanmışdı. Səudiyyə rejimi bu hücumun “qanuni bir hərbi akt” olduğunu iddia etmişdi./deyerler/


Story Code: 745380

News Link :
https://www.islamtimes.org/az/news/745380/cim-kerridən-yəmən-etirazı-bizim-müttəfiqimiz-bizim-raketimiz-cinayətimizdir

Islam Times
  https://www.islamtimes.org