QR CodeQR Code

ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutulub

Maide , 20 Aug 2018 16:53

İslamtimes - Naməlum şəxslər ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar.


Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib.


Story Code: 745612

News Link :
https://www.islamtimes.org/az/news/745612/abş-ın-ankaradakı-səfirliyi-atəşə-tutulub

Islam Times
  https://www.islamtimes.org