QR CodeQR Code

Yəmənin qərb sahilində döyüşlər şiddətlənib

Nur-az.com , 20 Aug 2018 19:13

İslamtimes - Yəmən Müdafiə Nazirliyi: Təcavüzkarların 140 nəfəri öldürülüb, 236 nəfəri yaralanıb və 15 hərbi texnikası məhv edilib.


Yəmən televiziyası rəsmi saytının Sənadan verdiyi xəbərə görə, ölkənin qərb sahilində döyüşlər şiddətlənib. Ordu qüvvələri və xalq komitələri təcavüzkarlar ölkənin əsgərlərinə hücum edərək Əl-Hudəydə əyalətinin Əl-Hacc bölgəsini işğaldan azad edərək, burada nəzarəti ələ alıblar. Habelə cinayətkar Ərəbistan qüvvələrinin Dureyhimi məntəqəsinə tərəf irəliləməsinin qarşısını alıblar.
Müdafiə Nazirliyi bildirib ki, təcavüzkar qüvvələrin 140 əsgəri öldürülüb, 236 nəfəri yaralanıb və 15 hərbi texnikası məhv edilib. Həmçinin təcavüzkarlar döyüşdən qaçarkən Ərəbistan qırıcıları tərəfindən hava hücumlarına məruz qalıblar və nəticədə Ərəbistan öz muzdurlarından 40 nəfərini öldürüb.


Story Code: 745643

News Link :
https://www.islamtimes.org/az/news/745643/yəmənin-qərb-sahilində-döyüşlər-şiddətlənib

Islam Times
  https://www.islamtimes.org