QR CodeQR Code

Türkiyə: "ABŞ Türkiyə məhkəməsinin qərarına hörmət etməlidir"

Islamazeri , 23 Aug 2018 20:31

Islamtimes - "Bu iqtisadi müharibədə hədəf alındığımızın sübutudur"



Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın "Türkiyə keşiş Brunsonu azad etsə, böhran dərhal bitər" deyən Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Boltona cavab verib. Cənab Kalın Birləşmiş Ştatların Türkiyədəki hüquqi prosedurlara etinasız yanaşmasının qəbuledilməz olduğunu deyib. Islamazeri.com bbc-yə istinadən xəbər verir ki, bu barədə Reuters xəbər agentliyinə müsahibə verən cənab Kalın, Türkiyənin hüquqi dövlət olduğunu və keşiş Brunsonla bağlı hüquqi proseduru davam etdirəcəyini bildirib. 
Administrasiya sözçüsü "Birləşmiş Ştatlar türk məhkəməsinin qərarına hörmət etməlidir" deyib.
"Halkbanka qarşı irəli sürülən ittihamlar qəbuledilməzdir"
İbrahim Kalın müsahibədə ABŞ-da Halkbanka qarşı irəli sürülən ittihamların əsassız olduğunu və bu ittihamların bankı zəiflətmək məqsədi daşıdığını bildirib.
"Halkbanka qarşı əssassız və yanlış ittihamların bu bankı zəiflətmək üçün irəli sürülməsi yolverilməzdir. Bütün bu addımların məqsədi bu nüfuzlu qurumları və insanları pisləmək, həqiqəti ortaya çıxarmaq əvəzinə onları haqsız olaraq cəzalandırmaq kimi görünür".
"Bu iqtisadi müharibədə hədəf alındığımızın sübutudur"
İbrahim Kalın, həmçinin, Boltonun sözlərinin Trump administrasiyasının NATO müttəfiqi olan Türkiyəni "iqtisadi müharibədə hədəfə aldığının sübutu" olduğunu bildirib.
ABŞ-ın ticarət, gömrük rüsumları və sanksiyaları dünyada iqtisadi müharibə başlamaq üçün istifadə etdiyini bildirən cənab Kalın "Türkiyə məhdudlaşdırıcı və cəzalandırıcı tədbirlərə qarşı dünyanın digər ölkələri ilə birlikdə çalışacaq" söyləyib.
Cənab Kalın ABŞ-ın həyata keçirdiyi siyasətin NATO-nun prinsip və dəyərləriylə də uzlaşmadığını vurğulayaraq "Türkiyənin iqtisadi müharibə başlamaqda maraqlı olmadığını, ancaq belə bir durumda səssiz qala bilməyəcəyini" deyib. 
ABŞ-ın təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton Reutersə verdiyi açıqlamada "Türkiyə hökuməti Brunsonu azad etməməklə böyük bir səhv etdi" demişdi.
Boltonun Qətərin Türkiyəyə 15 milyard dollar investisiya vədi və Türkiyə və Qətərin mərkəzi banklarının qarşılıqlı swap müqaviləsi (ikili valyuta mübadiləsi) imzalaması ilə bağlı şərhi "Qətərin vədi Türkiyə iqtisadiyyatına təsiri kifayət deyil. Bunun heç bir faydası olmayacaq" olub.
Bundan öncə Donald Trump amerikalı keşiş azad edilməsə "ABŞ Türkiyəyə qarşı daha çox iqtisadi sanksiyalar tətbiq edə bilər" deyə bildirmişdi.
Keşiş Andrew Brunson kimdir?
Türkiyənin İzmir şəhərində Evangelist kilsəsinin keşişi olan Andrew Brunson, "Gülen hərəkatına üzv olması" ittihamıyla həbs olunub.
Haqqında "FETÖ və PKK adından cinayət törətməsi və casusluq etməsi" iddiası ilə 35 il həbsi tələb olunub.
Cənab Brunson casusluq barədə ittihamları rədd edir. ABŞ keşişin "haqsız və ədalətsiz saxlanılma" qurbanı olduğunu bəyan edib.
Çoxsaylı xristian təşkilatları Brunson-un azadlığa buraxılmasını tələb edir.
ABŞ-dakı Qanun və Ədalət Mərkəzi adlanan təşkilat isə Brunsonu siyasi məhbus sayır.
 


Story Code: 745957

News Link :
https://www.islamtimes.org/az/news/745957/türkiyə-abş-məhkəməsinin-qərarına-hörmət-etməlidir

Islam Times
  https://www.islamtimes.org