QR CodeQR Code

Angela Merkelin Azərbaycana səfəri başlayıb

Maide , 26 Aug 2018 18:15

Islamtimes - Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə gəlib.


Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
 
Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.


Story Code: 746345

News Link :
https://www.islamtimes.org/az/news/746345/angela-merkelin-azərbaycana-səfəri-başlayıb

Islam Times
  https://www.islamtimes.org