0
Thursday 26 May 2011 - 09:26

Netanyahu AB-ni tənqid etdi

Story Code : 74657
Netanyahu AB-ni tənqid etdi
Netanyahu AB-ni tənqid etdi
Fələstinlilərin bir "fəlakət" olaraq xarakterizə etdikləri işğalçı İsrail dövlətinin quruluşunun 63-cü ildönümü çərçivəsində Brükseldə keçirilən mərasimə qatılan israilli nazir, AB-nin Fələstinə dəstəyini Avropanın anti-yəhudi mövqeyi ilə əlaqələndirib. Steinitz Avropa mətbuatı ilə müsahibəsi zamanı Avropanın sülh sazişinin gerçəkləşməməsində İsraili günahlandırmasına meyilli olduğunu iddia edərək, Avropanın Fələstini dəstəkləməsinin kökünü yaşlı qitənin "keçmiş anti-sionist" mövqeyi ilə bağlı olduğunu bildirib. 

Fələstin rəhbərliyi, sentyabr ayında BMT-də müstəqil dövlət olaraq tanınmaları üçün fəaliyyətlərini davam etdirir. Fələstinli diplomatlar, aralarında Yunanıstan, İrlandiya, Fransa, İspaniya, İsveç və Norveç kimi ölkələrin olduuğu 10 Avropa ölkəsinin dövlətlərini rəsmən tanıyacağını ehtimal edir.
Comment