QR CodeQR Code

Netanyahu AB-ni tənqid etdi

26 May 2011 09:26

IslamTimes - İsrail Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ prezidenti Barak Obamanı tənqid edərkən, İsrailin Maliyyə Naziri Yuval Steinitz də Brükseldə Avropanı sərt ifadələrlə günahlandırdı.


Fələstinlilərin bir "fəlakət" olaraq xarakterizə etdikləri işğalçı İsrail dövlətinin quruluşunun 63-cü ildönümü çərçivəsində Brükseldə keçirilən mərasimə qatılan israilli nazir, AB-nin Fələstinə dəstəyini Avropanın anti-yəhudi mövqeyi ilə əlaqələndirib. Steinitz Avropa mətbuatı ilə müsahibəsi zamanı Avropanın sülh sazişinin gerçəkləşməməsində İsraili günahlandırmasına meyilli olduğunu iddia edərək, Avropanın Fələstini dəstəkləməsinin kökünü yaşlı qitənin "keçmiş anti-sionist" mövqeyi ilə bağlı olduğunu bildirib. 

Fələstin rəhbərliyi, sentyabr ayında BMT-də müstəqil dövlət olaraq tanınmaları üçün fəaliyyətlərini davam etdirir. Fələstinli diplomatlar, aralarında Yunanıstan, İrlandiya, Fransa, İspaniya, İsveç və Norveç kimi ölkələrin olduuğu 10 Avropa ölkəsinin dövlətlərini rəsmən tanıyacağını ehtimal edir.


Story Code: 74657

News Link :
https://www.islamtimes.org/az/news/74657/netanyahu-ab-ni-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org