QR CodeQR Code

ABŞ İrana qarşı 3-cü hücuma başladı - Rzai

Axar , 28 Aug 2018 14:19

Islamtimes - ABŞ-ın yeni sanksiyaları son 40 ildə Vaşinqtonun İrana qarşı təşkil etdiyi 3-cü hücum dalğasıdır.


Axar.az xəbər verir ki, bunu İran Siyasi Məşvərət Şurasının katibi, SEPAH-ın eks-komandanı Möhsün Rzai deyib.
 
“ABŞ 3-cü dəfədir İranla iqtisadi mübarizəyə girmək istəyir. Təzyiqləri artırmaq istəyən amerikalılar bu yolla İranı zəiflədib, məğlub edəcəklərini düşünürlər”, – deyə o bildirib.
 
O, ABŞ-ın zamanında Səddam rejiminə dəstəklə yol verdiyi xətanın eynisini bu gün təkrarladığını deyib.
 
Rzai ABŞ-ın İrana qarşı başlatdığı yeni iqtisadi savaşda məğlub olacağını bildirib.
 


Story Code: 746705

News Link :
https://www.islamtimes.org/az/news/746705/abş-irana-qarşı-3-cü-hücuma-başladı-rzai

Islam Times
  https://www.islamtimes.org