QR CodeQR Code

Qəzzada süd çatışmazlığı körpələrin sağlamlığını təhdid edir

Maide , 28 Aug 2018 14:27

İslamtimes - Qəzza Səhiyyə Nazirliyi , Qəzza zolağındakı səhiyyə mərkəzlərində terapevtik qida maddələrinin çatışmaması nəticəsində müalicə olunan bəzi körpələrin əqli gerilik riski altında olduğunu bildirib.


Maide.Az “AA”a istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı məlumatda, "Qəzzadakı səhiyyə mərkəzlərində terapevtik süd çatışmazlığı, fenilketonurik (PKU)  xəstəliyi olan uşaqların əqli gerilik riskini artırır" ifadəsi işlədib.
 
Müalicəvi südün istifadə edilməməsinin xəstə uşaqlarda ağırlaşmalara yol açdığı bildirilən məlumatda, qidalanmada yaranan bu çatışmazlıq nəticəsində uşaqların İQ səviyyəsində əqli gerilik səviyyəsinə qədər bir geriləmə yaşana biləcəyi bildirilir.
 
Məlumatda, Qəzza zolağında hal- hazırda 12 aylıqdan kiçik 22 körpənin qidalanmasında terapevtik südün qəti istifadə edilmədiyi vurğulanıb. 1 yaşdan yuxarı uşaqlar üçün isə bu südün 3 həftə çatacaq miqdarda olduğu bildirilir. 
 
Anadangəlmə və irsi bir xəstəlik olan fenilketonurik zamanı ət və süd məhsulları, yumurta, quru meyvə, paxla kimi protein tərkibli qidaları istifadə etməyən  xəstələr həyatları boyu pəhriz saxlamağa məcbur olurlar.
 
Qəzzadakı Səhiyyə Nazirliyi, İsrailin 2006-cı ildən bəri bölgəni blokada altında saxlaması nəticəsində bir çox dərman və qida maddələrinin əldə edilməsində ciddi problemlər yarandığını bildirir.
 
Qəzza zolağında yaşayan 2 milyona yaxın fələstinli, İsrailin 2006-cı ildən bəri davam edən quru, hava və dəniz blokadası nəticəsində, dözülməz şərtlər altında yaşamağa məcburdur.


Story Code: 746708

News Link :
https://www.islamtimes.org/az/news/746708/qəzzada-süd-çatışmazlığı-körpələrin-sağlamlığını-təhdid-edir

Islam Times
  https://www.islamtimes.org