QR CodeQR Code

Rusiya: ABŞ Suriyaya hücum edəcək

Deyerler , 28 Aug 2018 16:06

İslamtimes - Bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov açıqlama verib.


İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ Suriyaya yeni zərbələr endirməyə hazırlaşır. Həmin zərbələr isə Aralıq dənizinə daxil olmuş “Ross” hərbi gəmisindəki 28 ədəd “Tomahawk” raketi ilə endirilə bilər.
Bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov açıqlama verib.
Onun sözlərinə görə, məhz adıçəkilən döyüş gəmisi, “Böyük Britaniya xüsusi xidmət orqanlarının aktiv iştirakı ilə” terrorçular tərəfindən İdlib əyalətində hazırladığı “səhnəcikdən” istifadə etmək niyyətindədir.
Xatırladaq ki,  daha öncə xəbər verilmişdi ki, ABŞ-ın “Sullivans” döyüş gəmisi Fars körfəzinə daxil olub, B-1B strateji bombardmançı təyyarəsi isə Qətərə gəlib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, terrorçular kimyəvi maddələrin istifadəsi ilə təxribat törədən kimi, Suriya hökuməti bunda taqsırlı bilinərək. Sözügedən bu döyüş maşınları isə Suriyaya zərbələr endirəcəklər.
 


Story Code: 746721

News Link :
https://www.islamtimes.org/az/news/746721/rusiya-abş-suriyaya-hücum-edəcək

Islam Times
  https://www.islamtimes.org