0
Tuesday 28 August 2018 - 17:04

Yəmən ordusu Dubay hava limanını bombardman etdi

Story Code : 746742
Yəmən ordusu Dubay hava limanını bombardman etdi
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, yəmənli mənbələrin bildirdiyinə görə, güclü bombardmandan sonra Sammad-3 adlı bombalı iki PUA ilə Dubay aeroportuna hücum təşkil olunub.
 
Dubay hava limanının intensiv şəkildə bombalanması nəticəsində aralarında yüksək vəzifəli hərbi komandirlərlə əcnəbi agentlərin olduğu, onlarla işğalçının öldüyü və yaralandığı bildirilib.
 
Yəmən Silahlı Qüvvələrinin sözçüsü polkovnik Şərəf Qalib Loğman BƏƏ-nin beynəlxalq Abu Dabi aeroportuna qarşı Yəmən ordusu tərəfindən həyata keçirilən əməliyyatdan sonra, bu dəfə Dubay aeroportunu vurduqlarını deyib.
 
“Bu hücum ilə birlikdə Yəmən ordusu BƏƏ-ni asanlıqla hədəfə aldığını göstərdi”, - deyən polkovnik Loğman, əlləri altında olan raket və PUA-larla BƏƏ-də istədikləri hədəfləri vura biləcəklərini deyib.
 
Növbəti hücumlarında BƏƏ-yə qarşı investisiyaları və sərmayə qoyulan sahələri hədəfə alacaqlarını deyən sözçü, Yəmən ordusunun bu gücə qadir olduğunu bildirib.
 
Yəmən Hərbi Hava Qüvvələrinin PUA-ları təxminən bir ay əvvəl də BƏƏ-nin Abu Dabi aeroportunu Sammad-3 PUA-sı ilə bombalamışdı.
 
Xatırladaq ki, BƏƏ Səudiyyə rejiminin ən böyük müttəfiqi olaraq, Yəməndə saysız-hesabsız cinayətlər törədir.
 
Source : Deyerler
Tagged
yəmən
Comment