QR CodeQR Code

Suriyada İŞİD-in daha bir qərargahı məhv edildi

Deyerler , 28 Aug 2018 18:45

Islamtimes - Suriyanın Süveyda vilayətinin şərqindəki Badiyə bölgəsində İŞİD-in geridə qalan yaraqlılarına qarşı əməliyyatlarını davam etdirən ordu birlikləri, Tlul Əl-Səfa kəndində terror təşkilatının əsas qərargahını və ağır texnikalı silahlarla təchiz olunmuş bir maşınını içindəkilərlə birlikdə məhv ediblər.


Deyerler.org SANA-ya istinadən xəbər verir ki, Suriyanın ordu birlikləri Tlul Əl-Səfadakı əməliyyatları ilə İŞİD-in mühasirəsini daha da daraldıb.
 
Ordu terrorçuların mühasirəsini yarmaq və bölgədən qaçmaq məqsədilə etdiyi hücumlarını müvəffəqiyyətlə qarşısını ala bilib. Şiddətli toqquşmalarda aralarında təhlükəli terrorçular da olmaqla xeyli sayda terrorçunun öldüyü və yaralandığı açıqlanıb.
 
Suriya ordusunun keçirdiyi əməliyyatlarda bölgənin quruluşuna uyğun silahlardan istifadə etdiyi qeyd olunur. Sıldırım qayaların arasında və mağaraların içində gizlənən terrorçulara qarşı əməliyyatlara Suriya hava qüvvələrinin də qoşulduğu bildirilir.
 


Story Code: 746758

News Link :
https://www.islamtimes.org/az/news/746758/suriyada-işid-in-daha-bir-qərargahı-məhv-edildi

Islam Times
  https://www.islamtimes.org