QR CodeQR Code

Vəhabilər Afrikada 30 hərbçini qətlə yetirdi

Islamazeri , 2 Sep 2018 20:46

İslamtimes - "Boko Haram" terrorçuları nigeriyalı hərbçilərə hücum ediblər.


İslamazeri.com-un AFP-yə istinadən verdiyi xəbərə əsasən, “Boko Haram” terror təşkilatının döyüşçüləri Nigeriyanın şimal-şərqində Nigerlə sərhədin yaxınlığındakı hərbi bazaya hücum ediblər. Nəticədə 30 hərbçi həlak olub.
“Biz “Boko Haram” terrorçuları ilə döyüşdə azı 30 nəfərimizi itirdik. Terrorçular cümə axşamı günü 16.00 radələrində Zari şəhərində hərbçilərimizə hücum ediblər.”, - deyə hərbi mənbədən bildiriblər.
Qeyd edək ki, “Boko Haram” İŞİD terror təşkilatına beyət etmiş terrorçu qruplaşmadır.
 


Story Code: 747691

News Link :
https://www.islamtimes.org/az/news/747691/vəhabilər-afrikada-30-hərbçini-qətlə-yetirdi

Islam Times
  https://www.islamtimes.org