0
Monday 3 September 2018 - 18:48

Əfqanıstanda silahlılar üç məktəbə hücum edib

Story Code : 747858
Əfqanıstanda silahlılar üç məktəbə hücum edib
Əfqanıstanda silahlılar üç məktəbə hücum edib
"Report"un "Xinhua"ya istinadən verdiyi məlumata görə, əyalətin Təhsil Departamentinin rəhbəri Nəsim Vəcid bildirib ki, yerli vaxtla saat 07:00-da naməlum silahlılar əl qumbaraları ilə iki məktəbə hücum edib, daha bir məktəbə isə raket düşüb. Lakin həmin vaxt şagirdlərdən heç biri məktəbdə olmayıb.
 
N.Vəcid deyib ki, bu hücumlar nəticəsində məktəb binalarına ciddi ziyan dəyib.
 
Hələlik silahlı qruplaşmalardan heç biri hadisənin məsuliyyətini üzərinə götürməyib.
 
Source : Report
Comment