QR CodeQR Code

Kütləvi qətllərin səbəbkarı tutuldu

27 May 2011 00:02

IslamTimes - Bosniyada 15 ildir axtarılan Ratko Mladiç həbs edilib


Bosniyada kütləvi qətllər törətdiyinə görə 15 ildir axtarılan Ratko Mladiç həbs edilib.
Serbiya prezidenti Boris Tadiç 1996-cı ildən beynəlxalq axtarışda olan Bosniya serblərinin keçmiş hərbi komandanı, Bosniya müsəlmanlarına qarşı hərbi cinayətlər törətməkdə günahlandırılan Ratko Mladiçin yaxalandığını bəyan edib.
Boris Tadiç bu bəyanatı Belqradda təcili olaraq keçirdiyi mətbuat konfransında səsləndirib. Bundan əvvəl bir sıra media orqanları anonim mənbələrə istinadən Serbiyada Ratko Mladiçə bənzəyən bir şəxsin yaxalandığı barədə xəbər yaymışdılar. Ancaq onun üzərində Milord Komadiç adı şəxsin sənədi çıxıb. Sonradan araşdırma onun həqiqətəndə Ratko Mladiç olduğunu üzə çıxarıb.
Serbiya hökuməti Ratko Mladiç və hərbi cinayətlərdə günahlandırılan digər şəxs - Qoran Haciçin saxlanılması üçün əlindən gələni etdiyini dəfələrlə bildirib. Qoran Haciçin də Serbiya ərazisində gizləndiyi güman olunur. Serbiya hökuməti 2010-cu ilin oktyabrında Mladiç və Haciçin yeri barədə məlumata görə müvafiq olaraq 10 milyon və 5 milyon avro mükafat verəcəyəyini demişdi.


Story Code: 74846

News Link :
https://www.islamtimes.org/az/news/74846/kütləvi-qətllərin-səbəbkarı-tutuldu

Islam Times
  https://www.islamtimes.org