QR CodeQR Code

Rusiya İdlibdə vəhabi terrorçuları belə bombaladı

Islamazeri , 6 Sep 2018 19:46

İslamtimes - Rusiya İdlibdə terrorçulara qarşı əməliyyat keçirib.


İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya Müdafiə Nazirliyi sentyabrın 4-ü Suriyanın İdlib əyalətində “Nusra Cəbhəsi” terrorçularının mövqelərinə endirilmiş hava zərbələrinin videosunu yayıb.
Xatırladaq ki, zərbələr nəticəsində  terrorçuların PUA-larının saxlandığı anbarlar, həmçinin bu PUA-ların terror hücumlarında istifadə üçün havaya qaldırıldığı ərazilər də müəyyən edilərək məhv edilib.
Bundan başqa, “Nusra Cəbhəsi” terrorçularının döyüş PUA-ları hazırladığı sex və partlayıcı maddələr olan anbar da məhv edilib.
Qeyd edilir ki, bütün zərbələr yalnız və yalnız yaşayış məntəqələrindən uzaqda yerləşən və bir neçə mənbə ilə terrorçulara məxsusluğu təsdiqlənən obyektlərə endirilib.
 


Story Code: 748516

News Link :
https://www.islamtimes.org/az/news/748516/rusiya-idlibdə-vəhabi-terrorçuları-belə-bombaladı

Islam Times
  https://www.islamtimes.org