0
Thursday 6 September 2018 - 19:46

Rusiya İdlibdə vəhabi terrorçuları belə bombaladı

Story Code : 748516
Rusiya İdlibdə vəhabi terrorçuları belə bombaladı
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya Müdafiə Nazirliyi sentyabrın 4-ü Suriyanın İdlib əyalətində “Nusra Cəbhəsi” terrorçularının mövqelərinə endirilmiş hava zərbələrinin videosunu yayıb.
Xatırladaq ki, zərbələr nəticəsində  terrorçuların PUA-larının saxlandığı anbarlar, həmçinin bu PUA-ların terror hücumlarında istifadə üçün havaya qaldırıldığı ərazilər də müəyyən edilərək məhv edilib.
Bundan başqa, “Nusra Cəbhəsi” terrorçularının döyüş PUA-ları hazırladığı sex və partlayıcı maddələr olan anbar da məhv edilib.
Qeyd edilir ki, bütün zərbələr yalnız və yalnız yaşayış məntəqələrindən uzaqda yerləşən və bir neçə mənbə ilə terrorçulara məxsusluğu təsdiqlənən obyektlərə endirilib.
 
Source : Islamazeri
Tagged
Suriya rusiya
Comment