0
Thursday 6 September 2018 - 20:06

İslam Respublikasında silsilə terror: 120 ölü və yaralı

Story Code : 748524
İslam Respublikasında silsilə terror: 120 ölü və yaralı
İslam Respublikasında silsilə terror: 120 ölü və yaralı
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində baş vermiş iki partlayış nəticəsində dünyasını dəyişənlərin satı 25 nəfərə çatıb, daha 95 nəfər isə yaralanıb.
Qeyd edək ki, ilk partlayış ötən gün idman klubunda baş verib. Partlayıcı qurğunu terorrçu kamikadze işə salıb. İkinci partlayış isə birinci partlayış yerinin yaxınlığında baş verib. Yerli KİV-lərin məlumatına görə, 2-ci hücum 1-ci hadisəyə reaksiya vermiş hüquq-mühafizə əməkdaşlarına qarşı olub.
İlk partlayış nəticəsində 6 idmançı həyatını itirib, 10 nəfər yaralanıb. İkinci partlayış qurbanlarının arasında isə 2 jurnalistin olduğu qeyd edilir, daha 4 reportyor isə yaralanıb.
Bildirilir ki, 7 polis əməkdaşı da daxil olmaqla, xəsarət alanların vəziyəti kritikdir.
Hücumların məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.
 
Source : Islamazeri
Tagged
əfqanistan
Comment