QR CodeQR Code

İran: Türkiyə və Rusiya ilə dollardan imtina etdik

Nur-az.com , 9 Sep 2018 15:24

İslamtimes - Rusiya, İran və Türkiyə milli pul vahidləri ilə ticarət aparılması məsələsində razılığa gəliblər.


Bu barədə məlumatı İran Mərkəzi Bankının sədri Əbdünnasir Himməti verib. O bildirib ki, yaxın gələcəkdə Türkiyə və Rusiya mərkəzi banklarının rəhbərliyi ilə bir araya gələcək və razılaşdırılmış məsələlərin təcili tətbiq edilməsi üçün çalışacaq:

"Tehran zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə neft, qaz və əsas məhsulların mübadiləsi ilə bank məsələsində razılıq əldə edilib. Ticarət əlaqələrində 3 ölkə də dollardan imtina edilməsində həmfikirdir. Ölkələr təyin edilən məzənnə üzərində milli valyutaları ilə ticarət edəcək".


Story Code: 749018

News Link :
https://www.islamtimes.org/az/news/749018/iran-türkiyə-və-rusiya-ilə-dollardan-imtina-etdik

Islam Times
  https://www.islamtimes.org