0
Sunday 9 September 2018 - 15:33

HƏMAS Fələstin xalqını İntifadaya çağırdı

Story Code : 749020
HƏMAS Fələstin xalqını İntifadaya çağırdı
HƏMAS Fələstin xalqını İntifadaya çağırdı
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, HƏMAS-a bağlı Qüds İdarəsi tərəfindən verilən mətbuat açıqlamasında, işğalçı İsrail rejiminin müqəddəs məkanlara və Xan Əl-Ahmər xalqına qarşı təcavüz və vəhşiliyinin dayandırılmasının vacibliyi vurğulanıb. Bəyanatda düşmənlə təhlükəsizlik koordinasiyasını edən Fələstin Rəhbərliyinin də işğalçını aldığı qərarlardan çəkindirmək üçün İordan çayının qərb sahilində müqavimətin üzərindəki yumruğunu qaldırmalı olduğu qeyd olunub.
 
HƏMAS işğalçının Qüds və Əl-Əqsa məscidinə qarşı hücumları ilə Əl-Əqsa məscidini vaxt və məkan olaraq iki hissəyə ayırmaq cəhdlərinin nəticələrindən yalnız işğalçının məsliyyət daşıdığını bildirib. HƏMAS, həmçinin hüquqlarını müdafiə etmək üçün müqavimət göstərən Qüds və Xan Əl-Ahmər xalqlarını da salamladığını qeyd edib.
 
HƏMAS İsrail rejimi məhkəməsinin sionistlərin Əl-Əqsa məscidinin həyətində ibadət etmələrini nəzərdə tutan qərarı ilə Xan Əl-Ahmər kəndinin boşaldılması qərarını qəbul etmədiyini də bildirib: “Bu qərarlar torpağında və müqəddəs məkanlarda tarixi, dini və əbədi hüququ olan günahsız və müdafiəsiz Fələstin xalqına qarşı Sionist rejimin törətdiyi cinayətlərin yeni bir halqasıdır. Eyni zamanda bu qərarlar fələstinlilər qədər ərəblərin, müsəlmanların və dünyanın azad insanlarının duyğularını açıq şəkildə heçə saymaq deməkdir. Bu zalım və ədalətsiz qərarlar Sionist rejimin Amerikanın dəstəyi və bəzi ərəb və müsəlman ölkələrinin də razılığı ilə Qüdsün dini və coğrafi quruluşunu dəyişmək planının bir hissəsidir. Bütün bu təcavüz və planlar Fələstin Rəhbərliyinin utanmadan və Fələstin xalqının haqq və hüququnu güdmədən düşmənlə apardığı təhlükəsizlik koordinasiyasını davam etdirdiyi bir prosesdə aparılır”.
Source : Maide
Comment