0
Monday 10 September 2018 - 19:16

Bəsrədə hadisələrinə görə, baş nazirin istefası tələb edildi

Story Code : 749245
Bəsrədə hadisələrinə görə, baş nazirin istefası tələb edildi
Bəsrədə hadisələrinə görə, baş nazirin istefası tələb edildi
Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, parlamentdə çoxluğu formalaşdırmaq üçün mübarizələrini aparan Muqtəda Əs-Sədr və Heydər Əl-Amirinin fraksiyaları baş nazir Heydər Əl-Əbadinin dərhal istefa etməsini tələb ediblər.
 
Ötən həftə İranın Bəsrə Baş Konsulluğunun yandırılmasının arxasında İŞİD və Bəəslə əlaqəli qrupların olduğu iddia edilib.
 
Muqtəda Əs-Sədr siyasi ittifaqa getməyi qəbul etdiyi Əl-Əbadi ilə körpüləri dağıdıb. Sədrin liderliyindəki Sairun ittifaqı, Əl-Əbadi və kabinetinin xalqdan üzr istəməsini və dərhal istefa verməsini tələb edib.
 
Əl-Həşduş Şəbinin keçmiş rəhbərlərindən Hadi Əl-Amirinin sədrliyində seçkidən ikinci çıxan Fəth koalisiyasından da oxşar bir çağırış gəlib.
 
Fəth koalisiyası Əl-Əbadi hökumətinin İraq böhranını həll etməkdə uğursuzluğunu pisləyib, vətəndaşların qanlarının axması səbəbindən istefasını tələb edib.
 
 
Sairun koalisiyasının sədri Həsən Akuli belə bir açıqlama ilə çıxış edib: “Biz daha güclü bir hökumət qurmaq üçün səy göstərəcəyik”.
 
Source : Deyerler
Comment