Rusiya XİN: "Suriya terrorçuları kimyəvi silah hücumuna hazırlaşır"
Story Code : 749441
"Deyerler.org"un "lenta.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, onun sözlərinə əsasən, terrorçular kimyəvi silahı istehsal imkanlarına malık olan texnologiyanı ələ keçirə biliblər. “Suriyada müharibə illəri ərzində terrorçular silah istehsalı üzrə elmi və texniki sənədləri ələ keçirə bilmişdirlər”,- deyə Sıromolotov bildirmişdir.
Onun sözlərinə görə, maddi və texniki dəstək Qərb ölkələrindən olunur. “Suriyada hal-hazırda Rusiya hərbi qüvvələri azaldılmaqdadır. Qalmış terrorçuların bölgələrdən təmizlənməsi istiqamətində işlər uğurlu gedir. Suriya qoşunları gettdikcə öz mövqe və imkanlarını qüvvətləndirməkdədir”,- deyə o əlavə etmişdir.