0
Wednesday 12 September 2018 - 16:09

Şerman İrana qarşı nəzakətsizliyinə görə peşmandır!

Story Code : 749646
Şerman İrana qarşı nəzakətsizliyinə görə peşmandır!
Şerman İrana qarşı nəzakətsizliyinə görə peşmandır!
ABŞ-ın sabiq xarici işlər naziri, eyni zamanda dövlət katibi Con Kerrinin siyasi məsələlər üzrə müavini Vendi Şerman CBS NEWS ilə söhbətində İran xalqına qarşı təhqiramiz rəftarlarına görə peşman olduğunu deyib. Şerman 5 il öncə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində çıxışında demişdi: Amerika rəsmilərinin səmərəli diplomatiya üçün vaxtı var. Amma yaxşı bilirik ki, yalan danışmaq iranlıların genindədir...
Şermanın bu gün öz peşmançılığını bildirməsi də sual yaradır. O zaman təhqiramiz bəyanatdan sonra İran tərəfi ABŞ xarici işlər nazirini bu bəyanatına görə ittiham etsə də, xanım Şerman üzr istəmədi. Bəlkə də bu məzlum görüntünün arxasında demokratların siyasi təcridə məruz qalması, əksər dövlət postlarını itirməsi dayanır. Digər tərəfdən, Trampa nüvə sazişindən çıxmaq imkanını verən məhz demokratlar olub. Tramp sazişdən birtərəfli qaydada çıxmaq üçün səlahiyyətli idi. Nüvə razılaşması kimi beynəlxalq əhəmiyyətli bir müqavilədə yalan və təhqirlərin əsas müəlliflərindən olan Şerman sadəcə peşmançılığını bildirməklə məsuliyyət azad olurmu? Özü də bilir ki, yox!
Source : Islamtimes
Tagged
Iran Şerman
Comment