QR CodeQR Code

ABŞ İranı hədələdi: İraqda bizə hücum olsa, cəld və qəti cavab verəcəyik

Islamazeri , 12 Sep 2018 17:33

İslamtimes- Ağ Ev İraqdakı hadisələrlə bağlı bəyanat yayıb.


İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ İranı “cəld və qəti cavabla” hədələyib
“Son bir neçə gün ərzində biz İraqda təhlükəli həmlələr görürük, o cümlədən də ABŞ-ın Bəsrədəki konsulluğuna və Bağdaddakı ABŞ səfirliyinə qarşı.”, - deyə Ağ Evdən bildiriblər.
Ağ Ev İranı İraqdakı etirazlarla bağlı “iş görməməkdə” ittiham edib. Rəsmi Vaşinqtonun fikrincə, həmin etirazlar rəsmi Tehran tərəfindən “maddi dəstəklənir və silahla təmin edilir”.
“ABŞ bizim personalımıza və ya hökumət obyeklətinə ziyan vuracaq istənilən hücuma görə Tehran rejimini məsuliyyətə cəlb edəcək. ABŞ amerikalıların canlarının qorunması üçün cəld və qəti şəkildə cavab verəcək.”, - deyə qeyd edilib.
Xatırladaq ki, minlərlə nümayişçi İraq hökumətindən Bəsrədə içməli su və elektrik enerjisi ilə bağlı yaranmış vəziyyətin yaxşılaşdırılmasını tələb edir.
Qeyd edək ki, Bəsrədəki hadisələr hələ iyul ayında başlayıb.
 


Story Code: 749662

News Link :
https://www.islamtimes.org/az/news/749662/abş-iranı-hədələdi-iraqda-bizə-hücum-olsa-cəld-və-qəti-cavab-verəcəyik

Islam Times
  https://www.islamtimes.org