QR CodeQR Code

İraqda terror: Çox sayda ölən və yaralanan var

Islamazeri , 12 Sep 2018 17:36

İslamtimes - İraqda terror aktı törədilib.


İslamazeri.com-un “Al-Sumaria” telekanalına istinadən verdiyi xəbərə əsasən, İraqın Tikrit şəhərindən şimalda yerləşən restoranın yaxınlığında terror aktı törədilib. İçərisi partlayıcı ilə dolu avtomobilin partladılması nəticəsində 5 nəfər dünyasını dəyişib, 32 nəfər isə yaralanıb.
Ölkənin Səhiyyə Nazirliyinin rəsmisi Seyf əl-Bədr qeyd edib ki, hadisə Tikritdən şimalda yerləşən əl-Həccac rayonundakı “əl-Kəlya” restoranının yaxınlığında baş verib.
O əlavə edib ki, yaralılar xəstəxanalara yerləşdiriliblər.
 


Story Code: 749663

News Link :
https://www.islamtimes.org/az/news/749663/iraqda-terror-çox-sayda-ölən-və-yaralanan-var

Islam Times
  https://www.islamtimes.org