0
Thursday 13 September 2018 - 15:03

Ənsarullah ABŞ-ın etirafını sərt tənqid etdi

Story Code : 749848
Ənsarullah ABŞ-ın etirafını sərt tənqid etdi
Ənsarullah ABŞ-ın etirafını sərt tənqid etdi
Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Məhəmməd Əbdüs-Salam belə bir bəyanatla çıxış edib: “ABŞ rəsmisinin sözləri, Vaşinqtonun hələ də beynəlxalq hüququ pozaraq, gərginlik yaratmaq yolunu getdiyini göstərir”.
 
ABŞ-ın dövlət katibi Pompeo Amerikanın Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yəməndəki hərbi koalisiyasına silah verdiyini etiraf edib. Pompeo Səudiyyə rejimi və BƏƏ-dən Yəməndə mülki şəxslərə zərər vurmaq riskini azaltmaq üçün fəaliyyət göstərəcəkləri barədə Konqresə təminat verib.
 
 
Yəməndəki münaqişəni sona çatdırmağın Tramp rəhbərliyi üçün milli bir təhlükəsizlik prioriteti olduğunu iddia edən Pompeo, belə danışıb: “Səudiyyə rejimi və BƏƏ-nin Yəməndəki müharibəni sona çatdırması, ticarət və humanitar yardımların mümkün qədər çox təmin etməsi, münaqişənin dinc və mülki infrastruktura təsirini azaltmaq üçün fəaliyyət göstərmək və BMT tərəfindən edilən səylərə dəstək verməsi üçün Səudiyyə rejiminin rəhbərliyindəki koalisiya ilə yaxın bir şəkildə işləməyi davam etdirəcəyik".
 
Source : Deyerler
Comment