QR CodeQR Code

Seyid Həsən Nəsrullah: “ABŞ-ın arxasınca gedənlər hakimiyyətlərini itirməkdən qorxurlar”

Deyerler , 13 Sep 2018 15:16

İslamtimes - Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Amerikanın "quyruğundan asılı" olan region ölkələrinin əslində hakimiyyətlərini itirməkdən qorxduqlarını söyləyib.


Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah dünən (12 sentyabr) axşam Beyrutun cənubunda məhərrəm ayı gecələri çərçivəsində video konfrans vasitəsilə çıxış edib.
 
Seyid Həsən Nəsrullah regiondakı bəzi mürtəce rejimlərin əslində iqtidarlarını itirmək qorxusu ilə yaşadıqlarını və buna görə də, Amerika, Böyük Britaniya və Qərb ölkələrinin yanında hərəkət etdiklərini söyləyib.
 
 
Hizbullahın lideri Amerikanın əsl simasının bu gün bütün hamıya məlum olduğunu bildirərək, belə danışıb: “Amerikanın İslam dünyası başda olmaqla bütün dünya ölkələri üçün rəzil bir siması var, çünki Amerika öz şeytanı maraqlarını təmin etmək üçün bütün ölkələrin daxili işlərinə müdaxilə edir”.
 


Story Code: 749851

News Link :
https://www.islamtimes.org/az/news/749851/seyid-həsən-nəsrullah-abş-ın-arxasınca-gedənlər-hakimiyyətlərini-itirməkdən-qorxurlar

Islam Times
  https://www.islamtimes.org