0
Sunday 16 September 2018 - 15:37

Kerri: Tramp 8 yaşlı uşaq ağlındadır!

Story Code : 750408
Kerri: Tramp 8 yaşlı uşaq ağlındadır!
Kerri: Tramp 8 yaşlı uşaq ağlındadır!
Amerika Birləşmiş Ştatlarının sabiq xarici işlər naziri (dövlət katibi) Con Kerri ölkə prezidenti Donald Tramp haqqında qalmaqallı açıqlama verib. Kerri deyib ki, Tramp 8 yaşlı uşaq ağlındadır!
İran xarici işlər naziri Məhəmmədcavad Zəriflə görüşdən sonra müəyyən hücumlarla rastlaşan Con Kerri ABŞ prezidentini şiddətlə tənqid edib, onun ölkə başçısı postunu tutmaq üçün səlahiyyətə sahib olmadığını vurğulayıb.
Real Time ilə söhbətdə Kerri deyib: Trampı ona qarşı hiddətləndirən səbəb Zəriflə söhbət olub. Kerri İran xarici işlər nazirini Trampın dövrü başa çatana qədər səbirli olmağa çağırıb. Tramp isə bu görüşün bütün Amerikaya zərərli olduğunu bildirib. Kerri həm də Trampı seçkilərdəki saxtakarlığa görə narahat olmağa dəvət edib.
Source : İslamtimes
Comment