QR CodeQR Code

Qəzzafi verdiyi atəşkəs vədini yenə kobudcasına pozdu

28 May 2011 09:14

IslamTimes - Liviyanın diktator Muammar Qəzzafi rejiminə sadiq qalan Hərbi Hava Qüvvələri Liviyanın şimalında yerləşən Zintan şəhərində nümayişçilərə yenidən zərbələr endirib


Şahidlərin verdiyi məlumata görə, Qəzzafi qüvvələri bu şəhərə 100-dən çox raket zərbəsi endirib. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bundan öncə Qəzzafi hökuməti bir sıra dünya ölkələrinə müraciət edərək onlardan atəşkəs müqabilində NATO bombardmanının dayandırılmasını istəmişdi. Buna baxmayaraq, heç bir tərəf Liviyada atəşi dayandırmayıb. /Deyerler/


Story Code: 75043

News Link :
https://www.islamtimes.org/az/news/75043/qəzzafi-verdiyi-atəşkəs-vədini-yenə-kobudcasına-pozdu

Islam Times
  https://www.islamtimes.org