QR CodeQR Code

Qayıdış Yürüşü şəhidlərinin sayı 175 nəfər oldu!

Islamtimes , 17 Sep 2018 18:02

İslamtimes- Aksiyalarda 19 min fələstinli yaralanıb


Daha bir fələstinlinin şəhadətə çatması ilə Qayıdış Yürüşü şəhidlərinin sayı 175 nəfər olub.  Fələstin Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, təxminən 6 həftə öncə Qəzzə Zolağı sərhədində yaralanmış gənc şəhadətə çatıb. 16 yaşlı Suheyb Əbdüssalam Əbu-Kaşif Qəzzə Zolağının cənubunda Xanyunusun şərqində yaralanmışdı.
Qayıdış Yürüşü adlandırılan tarixi aksiya işğal olunmuş torpaqlara qayıdış haqqı  və ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz olaraq 30 mart tarixindən keçirilir. Aksiyalarda bu günə qədər 19 min fələstinli yaralanıb. Sionist rejim dinc aksiyalara qarşı odlu silahdan istifadə edir.


Story Code: 750649

News Link :
https://www.islamtimes.org/az/news/750649/qayıdış-yürüşü-şəhidlərinin-sayı-175-nəfər-oldu

Islam Times
  https://www.islamtimes.org