0
Saturday 28 May 2011 - 11:15

BDU-ya Heydər Əliyevin adı veriləcək

Story Code : 75079
BDU-ya Heydər Əliyevin adı veriləcək
BDU-ya Heydər Əliyevin adı veriləcək
Islam times.org/az/ - Azərbaycanın ən böyük universitetlərindən biri Bakı Dövlət Universitetidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu ali təhsil ocağı Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin adını daşıdı. “Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti” adı ilə dünya təhsil ocaqları arasında sayılıb seçilən ali təhsil ocaqlarından birinə çevrilmişdi.

Lakin universitetə rektor təyin edilən Abel Məhərrəmovun vəzifəyə gəlişindən bir müddət sonra Məmmədəmin Rəsulzadənin adı universitetdən götürüldü və universitetin həyətində Rəsulzadənin büstünün qoyulması proyekti də saxladıldı.

Bu yaxınlarda jurnalislərə açıqlama verən Abel Məhərrəmov “Bakı Dövlət Universitetinə Heydər Əliyevin Adı verilə bilər” kimi fikir bildirmişdir.

“Universitetə ya dünya şöhrətli siyasətçinin, ya da elm korifeyinin adı verilə bilər. Heydər Əliyev BDU-nun tələbəsi, özü də dünya şöhrətli tələbəsi olub. Rəsulzadə isə bu universitetdə dərs keçib.

BDU-da Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcılarının xatirəsinə abidə kompleksi ucaldıla bilər. Amma bu barədə qərar dövlət səviyyəsində həll olunmalıdır”.

Hələ illər öncə Rəsulzadənin adının ləğv edildiyi vaxtlarda bəzi müstəqil qəzetlər bu barədə yazmışdırlar. Lakin nədənsə o zamanlar hakimiyyət bu qərarı verməyi təxirə saldı. Abel Məhərrəmovun bu açıqlaması siqnalın yuxarıdan gəldiyi kimi qəbul edilə bilər.
Reporter :
Source : islamtimes
Comment