0
Wednesday 19 September 2018 - 15:30

Albawaba: Ərəbistan münafiqlərə 3 ton qızıl verib!

Story Code : 751032
Albawaba: Ərəbistan münafiqlərə 3 ton qızıl verib!
Albawaba: Ərəbistan münafiqlərə 3 ton qızıl verib!
Səudiyyə Ərəbistanı İranda “münafiqlər” adı ilə tanınan terrorçu Xalq Mücahidlərinə 3 ton qızıl verib. Bu barədə Omanın  Albawaba saytı yazıb.
Münafiqlər qrupunun sabiq səlahiyyətlilərindən olan Məsud Xudabəndə saytla söhbətində Səudiyyə Ərəbistanının terror təşkilatına başgicəlləndirən hədiyyələrindən danışıb. Xudabəndə bildirir ki, Ali Səud sülaləsi münafiqlərə 3 ton qızıldan əlavə 4 çemodan bahalı Rolex saatları bağışlayıb. Sifarişlə istehsal olunmuş saatlara Ərəbistan padşahının şəkli həkk olunub.
Məsud Xudabəndə Xalq Mücahidləri adlı terror təşkilatında təhlükəsizlik məsələləri üzrə məsul olub.  Onun sözlərinə görə qızıl və saatlar Bağdada ötürülüb, sonradan İordaniya paytaxtında pula çevrilərək münafiqlərə verilib. 1989-cu ildə münafiqlər qrupunun başçısı Məsud Rəcəvi İraq polisinin müşayiəti ilə Ərəbistana gedib.
Source : Islamtimes
Tagged
səudiyə
Comment