QR CodeQR Code

Albawaba: Ərəbistan münafiqlərə 3 ton qızıl verib!

Islamtimes , 19 Sep 2018 15:30

Islamtimes - İraq polisi Rəcəvini Ərəbistana ötürüb


Səudiyyə Ərəbistanı İranda “münafiqlər” adı ilə tanınan terrorçu Xalq Mücahidlərinə 3 ton qızıl verib. Bu barədə Omanın  Albawaba saytı yazıb.
Münafiqlər qrupunun sabiq səlahiyyətlilərindən olan Məsud Xudabəndə saytla söhbətində Səudiyyə Ərəbistanının terror təşkilatına başgicəlləndirən hədiyyələrindən danışıb. Xudabəndə bildirir ki, Ali Səud sülaləsi münafiqlərə 3 ton qızıldan əlavə 4 çemodan bahalı Rolex saatları bağışlayıb. Sifarişlə istehsal olunmuş saatlara Ərəbistan padşahının şəkli həkk olunub.
Məsud Xudabəndə Xalq Mücahidləri adlı terror təşkilatında təhlükəsizlik məsələləri üzrə məsul olub.  Onun sözlərinə görə qızıl və saatlar Bağdada ötürülüb, sonradan İordaniya paytaxtında pula çevrilərək münafiqlərə verilib. 1989-cu ildə münafiqlər qrupunun başçısı Məsud Rəcəvi İraq polisinin müşayiəti ilə Ərəbistana gedib.


Story Code: 751032

News Link :
https://www.islamtimes.org/az/news/751032/albawaba-ərəbistan-münafiqlərə-3-ton-qızıl-verib

Islam Times
  https://www.islamtimes.org