0
Saturday 22 September 2018 - 18:21

BMT TŞ: Avropa Tel-Əvivə xəbərdarlıq etdi!

Story Code : 751511
BMT TŞ: Avropa Tel-Əvivə xəbərdarlıq etdi!
BMT Təhlükəsizlik Şurasının iclasında 8 Avropa ölkəsi İsraildən tələb edib ki, Qərb Sahilində Xanul-Əhmər qəsəbəsinin dağıdılmasını dayandırsın. İngiltərə, Fransa, Almaniya, İtaliya, İsveç, Belçika, Polşa və Holandiya müştərək bəyanat yayaraq Xanul-Əhmərin dağıdılmasının sülh prosesinə zərbə olduğunu bildirib. Avropalılar əvvəldə olduğu kimi Qüds paytaxt olmaqla iki dövlət tələbləri üzərində dayanıblar. BMT-nin Qərbi Asiya üzrə koordinatoru Nikolay Mladenov Təhlükəsizlik Şurasının Qərb Sahilində yeni yəhudi qəsəbələri salınmasına qarşı 2334 saylı qətnaməsinin icrası barədə hesabat verib. O bildirib ki, İsrail bu prosesi açıq şəkildə davam etdirir. İclas bəyanatsız başa çatıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə öz növbəsində Avropa ölkələrinə xəbərdar edib ki, iclasın mövzusu Fələstin yox, İran olmalıdır.
Source : Islamtimes
Tagged
bmt israil
Comment