QR CodeQR Code

BMT TŞ: Avropa Tel-Əvivə xəbərdarlıq etdi!

Islamtimes , 22 Sep 2018 18:21

Islamtimes - Pro-İsrail amerikalı İsraili müdafiə etdi


BMT Təhlükəsizlik Şurasının iclasında 8 Avropa ölkəsi İsraildən tələb edib ki, Qərb Sahilində Xanul-Əhmər qəsəbəsinin dağıdılmasını dayandırsın. İngiltərə, Fransa, Almaniya, İtaliya, İsveç, Belçika, Polşa və Holandiya müştərək bəyanat yayaraq Xanul-Əhmərin dağıdılmasının sülh prosesinə zərbə olduğunu bildirib. Avropalılar əvvəldə olduğu kimi Qüds paytaxt olmaqla iki dövlət tələbləri üzərində dayanıblar. BMT-nin Qərbi Asiya üzrə koordinatoru Nikolay Mladenov Təhlükəsizlik Şurasının Qərb Sahilində yeni yəhudi qəsəbələri salınmasına qarşı 2334 saylı qətnaməsinin icrası barədə hesabat verib. O bildirib ki, İsrail bu prosesi açıq şəkildə davam etdirir. İclas bəyanatsız başa çatıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə öz növbəsində Avropa ölkələrinə xəbərdar edib ki, iclasın mövzusu Fələstin yox, İran olmalıdır.


Story Code: 751511

News Link :
https://www.islamtimes.org/az/news/751511/bmt-tş-avropa-tel-əvivə-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org