QR CodeQR Code

Azərbaycan İslam Partiyası başsağlığı verdi

Maide , 23 Sep 2018 16:26

Islamtimes - Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev İranın Əhvaz şəhərində törədilən terror hadisəsi nəticəsində həyatını itirmiş hərbçilərlə bağlı İran İslam Respublikasının Ali Rəhbəri, Vəliyi-fəqih, Ayətullahul-uzma Seyyid Əli Xameneyi cənablarına başsağlığı verib.


Maide.Az "Faktxeber.com"-a istinadla xəbər verir ki, başsağlığı müraciətində deyilir:
 
“Dünya müsəlmanlarının əziz rəhbəri, Vəliyi-fəqih, Ayətullahul-uzma! İranın cənub-şərq vilayətinin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində çoxsaylı hərbçilərin həyatını itirməsi ilə əlaqədar olaraq şəxsən Sizə, şəhid olan insanların ailələrinə, bütün İran xalqına dərin hüznlə başsağlığı veririk. Terror aktı zamanı yaralananlara Allahdan şəfa diləyirik.
 
Azərbaycan İslamçıları olaraq bu ağır gündə İran xalqının dərdinə şərik olur, terrordan zərər çəkmiş ölkənizin bütün  vətəndaşlarının ailələrinə mənəvi dəstək verməyi  borcumuz hesab edirik.İnanırıq ki, düşmən qüvvələr bu, qeyri-insani, anti-bəşəri əməlləri ilə heç nəyə nail ola bilməzlər.  Hesab edirik ki, İranın şəhidpərvər xalqının iradəsini belə sınaqlar sındıra bilməz, əksinə, onu daha da mətinləşdirər və  İranın düşmənlərinə qarşı mübarizədə qüvvələrini birləşdirər. Haqq işinizin qələbə çalmasında, cinayətkarların və onların himayədarlarının tezlikllə  məhv edilməsində Allah yardımçınız olsun. 
 
Bir daha Sizə, həyatını itirənlərin ailələrinə Allahdan səbr diləyirik. Allah- təala şəhidləri rəhmət eləsin!"


Story Code: 751673

News Link :
https://www.islamtimes.org/az/news/751673/azərbaycan-islam-partiyası-başsağlığı-verdi

Islam Times
  https://www.islamtimes.org