0
Sunday 23 September 2018 - 16:29

Ayətullah Xamenei başsağlığı verib

Story Code : 751677
Ayətullah Xamenei başsağlığı verib
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
“Əhvazda baş verən acı və təssüfləndirici hadisə və əziz vətəndaşlarımızın muzdur terrorçular tərəfindən  şəhid edilməsi bir daha İran düşmənlərinin xəbisliyini aşkar göstərdi.  Günahsız insanlara, uşaq və qadınlara atəş açan, qəlbəri kinlə dolu olan bu muzdurlar davamlı olaraq insan haqlarından dəm vuran  yalançı və riyakar qüvvələrə bağlıdır.  Onların kinli qəlbləri  milli güc nümayişi olan  Silahlı Qüvvələrin paradına dözə bilmir.  Bunların cinayətləri  ABŞ-ın regionda əlaltısı olan dövlətlərin çirkli planlarıdır. Onların məqsədi ölkədə  sabitiliyi pozmaqdır.  İran xalqı öz şərəfli və fəxarətli yolunu  davam etdirəcək. Keçmişdə olduğu kimi  bütün düşmənlərə qalib gələcək. 
 
Mən  bu hadisədə şəhid olan əziz ailələrlə dərin hüznlə başsağlığı verirəm.  Allahdan onlar üçün səbr və şəhidlər üçün ən yüksək dərəcələri verməsini diləyirəm.  Məsul təhlükəsizlik qurumlar  bu cinayətkarların davamçılarını tapmaq üçün daha çox diqqət və sürətlə iş aparsın və onları həbs edərək ölkə məhkəməsinə təslim etsin.” 
Source : Maide
Tagged
xamenei
Comment