QR CodeQR Code

Seyid Əmmar Həkim: İraq və İran terrorla mübarizədə bir cəbhədədir

İsamtimes , 23 Sep 2018 17:02

İslamTimes: Terrordan əziyyət çəkən ölkələr arasında həmkarlığa ehtiyac var


İraq Milli Hikmət Hərəkatının rəhbəri Seyid Əmmar Həkim İranda Əhvazda baş vermiş terror hadisəsinə münasibət bildirib. Seyid Əmmar Həkimin ofisindən yayılmış bəyanatda deyilir: İraq Milli Hikmət Hərəkatı Əhvazda hərbi parad zamanı baş vermiş, onlarla insanın həlak olması və yaralanması ilə nəticələnmiş terror hadisəsini qətiyyətlə pisləyir. İraq və İran terrorla mübarizədə bir cəbhədədir. Yaxın Şərqdə xüsusilə terrordan əziyyət çəkən ölkələr arasında ardıcıl həmkarlığa ehtiyac var ki, bəşəriyyət düşmənlərinin fitnələri beşikdə məhv edilsin.


Story Code: 751685

News Link :
https://www.islamtimes.org/az/news/751685/seyid-əmmar-həkim-iraq-və-iran-terrorla-mübarizədə-bir-cəbhədədir

Islam Times
  https://www.islamtimes.org