0
Tuesday 25 September 2018 - 14:42

Moskva Suriyanı S-300-lə silahlandıracağını rəsmən elan etdi

Story Code : 751990
Moskva Suriyanı S-300-lə silahlandıracağını rəsmən elan etdi
Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu rəsmən  elan etdi ki, Suriyanı S-300-lə təchiz edəcək.  Əvvəllər İsrailin istəyi ilə Rusiya bu qurğuların Suriyaya təhvil verilməsini təxirə salmışdı. İndi isə iki həftə ərzində S-300-ün Dəməşqə veriləcəyi bildirilib. İsrail tərəfi Rusiyanın İl-20 təyyarəsinin vurulmasında rəsmən ittiham olunub. Moskva bu addımı İsrailə cavab tədbiri kimi həyata keçirir. RF Müdafiə Nazirliyi İsrail F-16 qırıcılarının rus təyyarəsinin arxasında gizlənməklə onu hədəfə çevirdiyini açıqlayıb.  Əslində İsrail tərəfi hər əməliyyatdan qabaq Rusiya tərəfini məlumatlandırmalı idi. Bu dəfə əməliyyatdan cəmi bir dəqiqə qabaq ruslara hücum barədə məlumat verilib.
 
Source : IslamTimes
Tagged
rusiya Suriya