0
Tuesday 25 September 2018 - 15:16

Ayətullah Xamenei Asiya çempionları ilə görüşdü

Story Code : 752112
Ayətullah Xamenei Asiya çempionları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei İndoneziyada keçirilən Asiya çempionatının qaliblərini qəbul edib. Ayətullah Xamenei görüşdə buyurub:
Siz İslamın, Aşuranın, İslam dəyərlərinin övladlarısınız. Mən sizinlə fəxr edirəm...
Əhvaz hadisəsi (hərbi paradda terror) göstərdi ki, getdiyimiz yol tərəqqi yoludur və bu yolda düşmənlərimiz çoxdur. Bunu yadda saxlayın ki, düşmənlərimiz çoxdur. Silahsız insanlara hücum qorxaq bir addım idi. Şücaətli addımları bizim gənclər atır. Siz idmanda, başqaları müdafiə meydanında, o birlər elmdə belə şücaətli addımlar atırsız. Əhvaz hadisəsini törədənlər Suriyada, İraqda pozuculuq edənlərdir. Amerika da həmişə onların köməyinə tələsir. Onlar əli Səudiyyə Ərəbistanı, Ərəb Əmirliyinin cibində olanlardır! Onlara ciddi qulaqburması veriləcək inşaallah...
Nəzərinizə çatdırım ki, düşmən idman, müdafiə, elm sahələrində qələbələrimizdən qəzəblənir. Sizin də qələbəniz imperializmə qarşı mübarizədə bir qələbədir!
 
Source : IslamTimes
Tagged
xamenei asiya