0
Wednesday 26 September 2018 - 19:51

Yəməndə üç hərbi birləşmənin müştərək əməliyyatı

Story Code : 752389
Yəməndə üç hərbi birləşmənin müştərək əməliyyatı
Yəməndə raket, dron  və artilleriya bölmələri müştərək əməliyyat keçirərək təcavüzkar Səudiyyə Ərəbistanına bağlı silahlı dəstəyə zərbə endirib.  Əməliyyat Marib məntəqəsində reallaşıb.   Yəmən ordusu və Ənsarullahın müştərək əməliyyatı barədə Əl-Məsirə şəbəkəsi xəbər yayıb. Maribdə Ərəbistan və Əmirliyə bağlı qüvvələrin mövqeyi dəqiqləşdirildikdən sonra düşmənə dəqiq və sarsıdıcı zərbə endirilib.
Fevral ayında raket və dron bölmələrinin müştərək əməliyyatında Maribdə Ərəb Əmirliyinin qərərgahı vurulmuşdu.  Təcavüzkarlar və onların əlaltılarına qarşı belə müştərək əməliyyatlar davamlı xarakter alıb.  
 
Source : IslamTimes